#NATO yolun ayrımında: 77 illik ittifaq dağılır?

Təsis edilməsindən 77 il keçən Şimali Atlantika Alyansı (NATO) bəlkə də tarixinin ən ağır böhranı ilə üz-üzədir. 1949-cu ildə 32 dövlətin iştirakı ilə yaradılan hərbi ittifaqda Avropa ölkələri və ABŞ arasındakı baxış ayrılığı, xüsusilə prezident Donald Trampın hakimiyyəti dövründə dərinləşərək parçalanma həddinə çatıb.