Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində uğurla başa çatıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat verib. Bu mərhələ çərçivəsində Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl və Tərtər rayonlarındakı bir sıra məscidə kitablar təqdim olunub. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.