#Son dəqiqə: İsrailin Parlamentlərarası İttifaqdan çıxarılması üçün iş başladıldı

Ərəb Dövlətləri Liqası İsrail parlamentində (Knesset) qəbul edilən və fələstinli məhbuslar üçün edam cəzasını nəzərdə tutan yeni qanunla bağlı beynəlxalq araşdırma başladılması üçün dünyaya müraciət edib. Ərəb Liqası Şurasının Qahirədə keçirilən fövqəladə iclasından sonra yayılan bəyanatda bu qanun layihəsinin "hərbi cinayət" təşkil etdiyi və aparteid sistemini gücləndirdiyi vurğulanıb.