#Kaliforniya

"Apple" "OpenAI" və iki keçmiş əməkdaşına qarşı məhkəmə iddiası qaldırıb. Şirkət onları kommersiya sirlərinin qanunsuz mənimsənilməsində ittiham edir. İddiaya görə, məxfi məlumatlardan istehlakçı avadanlıqları sahəsində istifadə olunub. "OpenAI" bütün ittihamları rədd edib və kommersiya sirləri ilə maraqlanmadığını bəyan edib. Məhkəmə işi süni intellekt əsaslı yeni qurğular bazarında rəqabəti daha da gücləndirə bilər. Təhlilçilər hesab edirlər ki, iki şirkət arasında münasibətlər son aylarda xeyli gərginləşib. İddiada "Apple"ın iki keçmiş əməkdaşı da cavabdeh qismində göstərilir. Məhkəmə prosesinin texnologiya sektoruna mühüm təsir göstərə biləcəyi bildirilir.

ABŞ-ın Cənubi Kaliforniya bölgəsində, Beykersfild şəhərində bir banka filialında bomba hədəsi ilə çoxsaylı şəxslərin girov götürülməsi hadisəsi baş verib. Hazırda şübhəli ilə təhlükəsizlik qüvvələri arasında müzakirələr davam edir. Polis çavuşu Erik Seledon bildirib ki, müzakirələr nəticəsində girovlardan biri azad edilib, digər girovların isə səhiyyə vəziyyəti yaxşıdır. Seledon əlavə edib: “Bu hadisəni mümkün olan ən təhlükəsiz şəkildə nəticələndirmək üçün bütün resurslarımızı səfərbər etmişik.”

ABŞ Federal Təhqiqat Bürosunun Kaliforniya ştatında fəaliyyət göstərən polis qurumlarını İran tərəfindən mümkün pilotsuz uçuş aparatları hücumu barədə xəbərdar etdiyi iddia olunur. Kaliforniya qubernatoru Gavin Nyusomun ofisi bildirib ki, ştatın Fövqəladə Hallar Xidmətləri idarəsi əhalinin təhlükəsizliyini təmin etmək üçün federal, yerli və ştat səviyyəli təhlükəsizlik qurumları ilə koordinasiyalı şəkildə işləyir.

ABŞ-ın Los-Anceles şəhərində məhkəmə “Johnson & Johnson” şirkətini xərçəng səbəbindən həyatını itirən qadının ailəsinə 966 milyon dollar təzminat ödəməyə məcbur edib. AzerVoice xəbər verir ki, qərar bazar ertəsi axşamı münsiflər heyəti tərəfindən çıxarılıb və “Reuters” agentliyinin məlumatına görə, şirkət qadının ölümündə məsuliyyət daşıyır.

ABŞ Prezidenti Donald Tramp, film istehsalının digər ölkələr tərəfindən ABŞ-dan “oğurlandığını” bildirərək, ölkə xaricində istehsal olunan bütün filmlərə 100 faiz rüsum tətbiq edəcəyini açıqlayıb. Tramp, ABŞ mərkəzli Truth Social hesabında məsələ ilə bağlı paylaşım edib. Film istehsalının digər ölkələr tərəfindən "bir körpənin əlindən konfetinin alınması kimi" ABŞ-dan “oğurlandığını” vurğulayan Tramp, “Kaliforniya, zəif və bacarıqsız qubernatoru ilə, xüsusilə ağır zərbə aldı” ifadəsini işlədib.

JAMA Network Open tibb jurnalında dərc edilən araşdırmaya əsasən, Los-Anceles yanğınları zamanı ölüm halları əvvəlki illərlə müqayisədə 7 faiz artıb. Ölüm səbəbləri arasında birbaşa ağciyər və ürək xəstəlikləri, həmçinin səhiyyə xidmətlərinin pozulması nəticəsində müalicənin gecikməsi – dializ və xərçəng kimi xəstəliklərə aid dolayı təsirlər yer alır.

ABŞ-ın Kaliforniya ştatının Santa Barbara və San Luis Obispo bölgələrində avqustun 1-də başlayan meşə yanğınları sürətlə yayılaraq 330 kvadrat kilometrdən artıq sahəni yandırıb. Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatına görə, “Gifford” adlanan yanğının cəmi 9 faizi nəzarət altına alınıb. NBC News-un məlumatına əsasən, ən azı dörd ayrı yanğının birləşməsi nəticəsində yaranan alovlarla mübarizəyə 1900-dən çox yanğınsöndürən cəlb olunub.

ABŞ-ın Kaliforniya ştatında yerləşən Los Padres Milli Meşəsində avqustun 3-də başlayan meşə yanğını sürətlə yayılaraq nəzarətdən çıxıb. Yanğın indiyədək 12 min hektardan çox ərazini əhatə edib və hadisə yerindən təxminən 70 nəfər təxliyə olunub.