#İsraildə aparteid təhlükəsi: BMT-nin insan haqları hesabatında sərt ifadələr

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı İsrail parlamentinin təsdiqlədiyi yeni ölüm hökmü qanun layihəsini kəskin pisləyərək, bunun beynəlxalq hüquq öhdəliklərinə zidd olduğunu bəyan edib. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İsrail Knessetinin işğal altındakı Fələstin ərazilərində "terrorizm" ittihamı ilə mühakimə olunanlara qarşı ölüm hökmünü nəzərdə tutan yeni qanun layihəsini "ayrı-seçkilik" adlandırıb. Ali Komissar xəbərdarlıq edib ki, bu qanunun işğal olunmuş ərazilərdə tətbiqi birbaşa müharibə cinayəti təşkil edəcək.