#ESG

Əbu-Dabidə yerləşən beynəlxalq enerji şirkəti “Mubadala Energy” 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb.Bu barədə BƏƏ-nin rəsmi xəbər agentliyi WAM məlumat yayıb. Hesabata əsasən, şirkət idarə etdiyi aktivlər üzrə 1-ci və 2-ci əhatə dairəsinə daxil olan istixana qazı emissiyalarını 30,9 faiz azaldıb. Orta emissiya intensivliyi 12,4 faiz, məşəl qazının intensivliyi isə 33,9 faiz azalıb.

2025-ci il oktyabrın 29-da Azərbaycanın paytaxtı Bakıda Xəzər, Qara dəniz və Baltik regionlarının enerji sektorunun əsas hadisələrindən biri olan 13-cü Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Forum ənənəvi olaraq “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası tərəfindən təşkil olunur və Mərkəzi Asiya, Qafqaz və Qara dəniz regionlarının enerji gündəliyinə həsr olunmuş ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur.