#Ankara sosial mediada yayılan xəbərləri təkzib etdi

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi sosial mediada yayılan bəzi iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb. Rəsmi açıqlamada Türkiyənin İranın lehinə müharibəyə qoşulacağı və ya Livana hərbi müdaxilə edəcəyi barədə yayılan məlumatların dezinformasiya xarakterli olduğu bildirilib. Qeyd olunub ki, Türkiyə münaqişənin başlanğıcından etibarən tərəf olmadığını bəyan edib və bu mövqeyini qorumaqda davam edir. Bildirilib ki, ölkə rəhbərliyi hücumların tezliklə dayandırılması, müharibənin genişlənməsinin qarşısının alınması və davamlı sülhün təmin olunması üçün aktiv diplomatik fəaliyyət aparır.