#Regionda diplomatik səylər: İslamabad danışıqları

Pakistanın paytaxtı İslamabadda keçirilən dördtərəfli xarici işlər nazirləri görüşünün ilk mərhələsi başa çatıb, lakin müharibənin dayandırılması ilə bağlı konkret təşəbbüs irəli sürülməyib. Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüş təxminən iki saat davam edib. Görüşdə əsas diqqət regionda gərginliyin azaldılması və diplomatik yollarla münaqişənin həllinə yönəlib.