#Ərəb dövlətlərinə müdaxilə: Livandan açıqlama

Livanın Xarici İşlər naziri Abdulla Bou Həbib İranın regiondakı fəaliyyətlərini və ərəb dövlətlərinin suverenliyinə yönəlmiş addımlarını kəskin şəkildə pisləyib. Nazir rəsmi bəyanatında İranın ərəb ölkələrinin təhlükəsizliyinə müdaxiləsini qəbuledilməz adlandırıb və bu addımların beynəlxalq hüquq normalarını aşdığını vurğulayıb.