Ukrayna Prezidenti Vladimir Zelenskinin Dohaya rəsmi səfəri çərçivəsində Qətər və Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb. Sənəd raket və pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sahəsində təcrübə mübadiləsini nəzərdə tutur. Qətər Müdafiə Nazirliyinin bəyanatına görə, saziş texnoloji əməkdaşlıq, birgə layihələrin hazırlanması və müdafiə sənayesinə investisiyaların cəlb edilməsi sahələrini əhatə edir. Sənədi Qətər Silahlı Qüvvələrinin Baş qərargah rəisi Casim bin Məhəmməd əl-Mənayi və ukraynalı həmkarı Andrey Qnatov imzalayıblar.