#Bölgədə böyük təhlükə: İbrahim Kalın yeni müharibə planlarını ifşa etdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammitində (STRATCOM) regiondakı hərbi-siyasi vəziyyətlə bağlı mühüm bəyanatlar verib. MİT rəhbəri ABŞ, İsrail və İran arasında davam edən müharibənin regional fəsadlarına toxunaraq, Türkiyənin sülh naminə göstərdiyi səyləri diqqətə çatdırıb. O bildirib ki, rəsmi Ankara münaqişənin bütün bölgəyə yayılmaması və qlobal böhrana çevrilməməsi üçün gecə-gündüz fəaliyyət göstərir. İ.Kalın vurğulayıb ki, regionda xalqlar arasında onilliklərlə davam edəcək düşmənçilik toxumu səpilməyə çalışılır.