#Buşehrdə vəziyyət necədir? – Son məlumatlar

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyasına (AES) yeni hücumun edildiyi barədə məlumat yayıb. Qeyd edək ki, 1000 meqavat istehsal gücünə malik olan Buşehr AES İranın yeganə fəaliyyət göstərən atom elektrik stansiyasıdır. Bundan əvvəl, martın 17-si və 24-də də stansiya hücumlara məruz qalmışdı. İkinci hücumdan sonra Rusiya stansiyada çalışan əməkdaşlarını təxliyə etdiyini açıqlayıb. Xatırladaq ki, İsrail tərəfi daha əvvəl İranın mərkəzi hissəsində yerləşən digər nüvə obyektlərini də hədəf aldığını bəyan etmişdi.