#Nəbih Berri masadadır: Hizbullah Misirin sülh planına cavab verməyə hazırlaşır.

Misir hökuməti İsrailin Livana qarşı davam edən hərbi təcavüzünü dayandırmaq və regional müharibə riskini azaltmaq məqsədilə genişmiqyaslı diplomatik və təhlükəsizlik təşəbbüsü başladıb. Bu çərçivədə Misir Xarici İşlər naziri Bədr Əbdülatinin Beyruta rəsmi səfəri ilə yanaşı, Misir təhlükəsizlik nümayəndə heyətinin "Hizbullah" rəsmiləri ilə keçirdiyi gizli görüşün detalları məlum olub.