#Qalileyaya sızma cəhdlərinin qarşısı alınır: İsrailin şimal sərhədində hərbi vəziyyət.

İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü yaydığı videomüraciətdə ölkə ordusunun (SAXAL) Livanın cənubunda "bufer zona"nı genişləndirdiyini rəsmən elan edib. Baş nazir bu addımın İsrailin şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.