#Beyrut Tehranın daxili işlərə müdaxiləsinə dur dedi.

Livan hökumətinin İranın yeni təyin olunmuş səfiri Məhəmməd Rza Şeybaninin akkreditasiyasını ləğv etməsi və onu "persona non grata" elan etməsi iki ölkə arasındakı münasibətlərdə son illərin ən dərin böhranı kimi qiymətləndirilir. Beyrutun bu qərarı sadəcə diplomatik etiraz deyil, ölkənin suverenliyini qorumaq üçün atılmış strateji addım kimi xarakterizə olunur.