#Livan prokurorluğu: Silah daşınması ölkəni hərbi təhlükəyə məruz qoyur.

Paytaxt Beyrutda raket və digər hərbi silahların qanunsuz dövriyyəsi və daşınması ittihamı ilə dörd nəfər barəsində məhkəmə prosesi başlayıb. "Şərq əl-Avsat" qəzetinin yaydığı məlumata görə, hərbi müstəntiq Qada Əbu Əlvan tərəfindən dindirilən iki "Hizbullah" üzvü barəsində həbs qərarı çıxarılıb. Sözügedən şəxslər iki həftə əvvəl Cəbəl-Livan bölgəsinin Kəfrahuna kəndində Bəqaa vadisindən ölkənin cənubuna 21 ədəd raket daşıyarkən saxlanılıblar.