#Məhkəmə və hökumət qarşıdurması: İtaliyada konstitusiya dəyişikliyi baş tutmayıb.

İtaliyanın Baş naziri Corcia Meloni məhkəmə sistemində islahatların aparılması ilə bağlı keçirilən referendumda məğlub olduğunu etiraf edib. Bununla belə, Baş nazir hökumət rəhbəri postundan istefa verməyəcəyini qəti şəkildə bəyan edib. Meloni "X" sosial şəbəkəsində paylaşdığı video müraciətində italyan xalqının qərarına hörmətlə yanaşdıqlarını bildirib. O, referendumun nəticəsini "İtaliyanı müasirləşdirmək üçün itirilmiş fürsət" kimi xarakterizə edib. Baş nazir vurğulayıb ki, bu nəticə hökumətin millətin naminə çalışmaq və ona həvalə edilmiş mandatı yerinə yetirmək əzmini dəyişməyəcək.