İran Silahlı Qüvvələrinin elit hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, bu gün səhər saatlarında İsrailə edilən raket hücumunun hədəfləri Ben Qurion Hava Limanı, bioloji tədqiqat mərkəzi, eləcə də müxtəlif səviyyəli komanda və idarəetmə mərkəzləri olub.
#hava hücumu
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində bir sıra güclü partlayışlar baş verib.
İsrail ordusu İran tərəfindən ölkəyə yenidən raketlərin atıldığını açıqlayıb. Hücumun qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.
İsrail Hərbi Hava Qüvvələrinin Arakda yerləşən İran nüvə obyektinə hava hücumu təşkil etdiyi açıqlanıb.
Məlumata görə, bu dəfəki zərbələrin hədəfi İranın qərbində yerləşən raket obyektləridir.
İran ilə İsrail arasında qarşılıqlı hücumlar davam etdiyi bir vaxtda Tehranda güclü partlayış səsləri eşidilib.
İsrail Silahlı Qüvvələri, Tehranda zərərçəkənlərə yardım göstərən İran xilasedicilərinə hava zərbəsi endirib.
İsrail, İran Xarici İşlər Nazirliyinə məxsus binalardan birinə zərbə endirib.
Bildirilib ki, hücum edilən bina sıx məskunlaşmış ərazidə yerləşir. Buna görə də ölən və yaralananların sayının artma ehtimalı yüksəkdir.
İsrail ordusu İranda 250-dən çox hədəfi vurub və hücumlarını davam etdirir.
Yəməndəki “Ənsar Allah” (Husilər) hərəkatı İsrail Ordusunun Təl-Əvivdəki infrastrukturuna zərbələr endirdiyini açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin (İMQ) Hərbi Hava Qüvvələri İranın qərbində yerləşən, müxtəlif tip raketlərin saxlandığı və buraxıldığı yeraltı obyektə hava zərbələri endirib.