#Trampdan Pentaqon büdcəsi müraciəti: Bəd adamları öldürmək pul tələb edir

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Konqresdən İranla davam edən genişmiqyaslı müharibəni maliyyələşdirmək üçün əlavə 200 milyard dollar vəsait tələb edib. Müdafiə naziri Pit Heqset bu hərbi münaqişənin başa çatması üçün hər hansı bir "zaman çərçivəsi"nin olmadığını bəyan edib. Cümə axşamı keçirilən mətbuat konfransında çıxış edən Heqset 200 milyardlıq rəqəmin dəyişə biləcəyinə işarə edib: "Pis adamları öldürmək pul tələb edir. Biz Konqresə müraciət edirik ki, görülən işlər və gələcəkdə atılacaq addımlar üçün lazımi səviyyədə maliyyələşək".