#AzerVoice: Yaxın Şərq gərginliyi Avropada yanacağı rekord həddə çatdırdı

Yaxın Şərqdə 28 fevralda başlayan hərbi eskalasiya qlobal enerji bazarlarını sarsıtmağa davam edir. Avropa İttifaqı (Aİ) Komissiyasının son "Həftəlik Neft Bülteni" məlumatlarına görə, qitə daxilində yanacaq qiymətləri tarixi zirvəyə yüksəlib. Logistika və daşıma xərclərinin artması səbəbindən dizel yanacağının qiyməti bir çox ölkədə benzini üstələyib.