BAKI, VOA, Orxan Qədirzadə
Yaxın Şərqdə 28 fevralda başlayan hərbi eskalasiya qlobal enerji bazarlarını sarsıtmağa davam edir.
VOA xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının son "Həftəlik Neft Bülteni" məlumatlarına görə, qitə daxilində yanacaq qiymətləri tarixi zirvəyə yüksəlib.
Logistika və daşıma xərclərinin artması səbəbindən dizel yanacağının qiyməti bir çox ölkədə benzini üstələyib.
Hollandiya və Danimarka "Bahalıq Zirvəsində" Hazırda Avropanın ən baha yanacağı Hollandiya və Danimarkadadır. 1000 litrə əsasən aparılan hesablamalara görə:
Hollandiya: benzin 2 262 avro, dizel 2 264 avro.
Danimarka: benzin 2 178 avro, dizel 2 208 avro.
Almaniya: benzin 2 085 avro, dizel 2 146 avro.
Əksinə, ən ucuz yanacaq Bolqarıstan (1331 avro) və Malta (1210 avro - dizel) kimi ölkələrdə müşahidə olunur. Polşa və Rumıniya isə 1500-1700 avro ilə nisbətən əlçatanlığını qoruyur.
Almaniyadan "Avstriya Modeli" həmləsi qiymət dalğalanmalarına qarşı Almaniya hökuməti Federal Məclisə (Bundestag) yeni paket təqdim edib. "Avstriya Modeli" adlanan bu qaydaya görə, yanacaqdoldurma məntəqələri qiymətləri gün ərzində yalnız bir dəfə (saat 12:00-da) artıra bilər, endirimlər isə istənilən vaxt mümkündür.
Qeyd edək ki, fevralın sonundan bəri Almaniyada dizelin qiyməti 42 sent, E10 benzini isə 27 sent bahalaşıb.