#ABŞ kəşfiyyatı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ölkə xaricində kəşfiyyat məlumatlarının toplanması, təhlili və gizli əməliyyatların həyata keçirilməsinə cavabdeh olan əsas qurumlardan biridir. 1947-ci ildə yaradılan qurum ötən onilliklər ərzində ABŞ-ın milli təhlükəsizlik və xarici siyasətinin formalaşmasında mühüm rol oynayıb. CIA 1947-ci ildə ABŞ Prezidenti Harri Trumenin imzaladığı Milli Təhlükəsizlik Qanunu əsasında yaradılıb. Qurum İkinci Dünya müharibəsi dövründə fəaliyyət göstərən Strateji Xidmətlər İdarəsinin (OSS) yerinə təsis edilib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya gizli səfəri Vaşinqtonun Rusiya ilə bağlı narahatlığını və mümkün risklərə qarşı diplomatik kanalları işə saldığını göstərib. ABŞ mətbuatının yazdığına görə, Retkliff səfər zamanı Rusiya rəsmilərinə Moskvanın NATO üzvü ölkələrdən hər hansı birinə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib. “The Wall Street Journal” və CBS News-un məlumatlarına əsasən, ABŞ kəşfiyyatı Rusiyanın qarşıdakı illərdə NATO-nun birliyini məhdudmiqyaslı hücumla sınağa çəkə biləcəyini ehtimal edir.