#AzerVoice: Tramp administrasiyasından yeni miqrasiya qadağası - Siyahı 50-yə çatdı

ABŞ Dövlət Departamenti ölkəyə giriş vizası üçün müraciət edən şəxslərdən 15 000 dollaradək maliyyə zəmanəti (bond) tələb olunan ölkələrin siyahısını genişləndirib. Çərşənbə günü siyahıya daha 12 ölkənin əlavə edilməsi ilə bu məhdudiyyətə məruz qalan dövlətlərin ümumi sayı 50-yə çatıb. Yeni qərar aprelin 2-dən etibarən Kamboca, Efiopiya, Gürcüstan, Qrenada, Lesoto, Mavriki, Monqolustan, Mozambik, Nikaragua, Papua Yeni Qvineya, Seyşel adaları və Tunis vətəndaşlarına şamil olunacaq. Tramp administrasiyası bu addımı viza müddətini aşanların sayını azaltmaq və qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün effektiv mexanizm kimi müdafiə edir.