#PAŞA Holdinq

“Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub. Layihə Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “İnkişaf Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Təşəbbüsün əsas məqsədi şəhid ailələri və müharibə veteranlarının sahibkarlıq bacarıqlarının inkişafına dəstək verməkdir. İştirakçılar biznesin idarə olunması, maliyyə, marketinq, satış və biznes planının hazırlanması üzrə təlimlər keçirlər. Növbəti mərhələdə onlar peşə hazırlığı proqramlarına cəlb ediləcəklər. Daha sonra özünüməşğulluq proqramı çərçivəsində biznes planlarına uyğun avadanlıqlarla təmin olunacaqlar. Layihə yeni sahibkarlıq subyektlərinin və iş yerlərinin yaradılmasını hədəfləyir. Təşəbbüs regionlarda məşğulluğun və sosial rifahın artırılmasına xidmət edir.

Dünya Daun Sindromu Günü ərəfəsində Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb. Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Alena Əliyeva, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.