#Livan ordusunda itki: İsrailin hava zərbəsi nəticəsində bir əsgər həlak olub

Məlumata görə, əsgərlər avtomobil və motosikletlə hərəkətdə olarkən hədəfə alınıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. İsrail hərbçiləri hadisədən xəbərdar olduqlarını və araşdırma aparıldığını bildiriblər. İsrail tərəfi əməliyyatların Livan ordusuna qarşı deyil, "Hizbullah" qruplaşmasına qarşı yönəldiyini iddia edir. Lakin son günlərdə Livan ordusunun sıralarında itkilərin artması müşahidə olunur.