#İsrail Livanda təcili tibbi maşınlara zərbə endirə biləcəyini açıqlayıb

İsrail ordusunun ərəb dilli nümayəndəsi Aviçay Adraei sosial şəbəkədə yayımladığı açıqlamada Hizbullahın təcili tibbi avtomobillərdən və tibbi infrastrukturlardan hərbi fəaliyyət üçün istifadə etdiyini iddia edib. O bildirib ki, belə fəaliyyət dərhal dayandırılmalıdır. Əks halda İsrail ordusu beynəlxalq hüquqa uyğun olaraq həmin obyektlərə qarşı tədbir görəcəyini açıqlayıb.