İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 59 nəfər artaraq 64 min 964-ə yüksəlib. Qəzzadakı Səhiyyə Nazirliyi tərəfindən yayımlanan yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən ölüm və yaralanma halları ilə bağlı son statistika təqdim olunub. Məlumata görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 59 nəfər meyit və 386 yaralı gətirilib.
#ölüm halları
Texnologiya milyarderi Ilon Mask Yaponiyanın sürətli demoqrafik tənəzzül yaşadığını və bu il ölkənin təxminən bir milyon nəfər əhalisini itirə biləcəyini bildirib. O, daha əvvəl X platformasında yazaraq, Yaponiyanın aşağı doğum səviyyəsinə görə “yoxluq” riski ilə qarşı-qarşıya olduğunu vurğulayıb və süni intellekti bu tənəzzülü geri qaytara biləcək “yeganə ümid” kimi dəyərləndirib. Mask bu açıqlamanı World Statistics-in “Yaponiyanın əhalisi 2024-cü ildə 900.000 daha çox ölümlə azalır” məlumatına istinadla verib. Yaponiya Səhiyyə Nazirliyinin rəsmi statistikalarına görə, ötən il 686 061 doğuş və 1 605 298 ölüm qeydə alınıb ki, bu da əhalinin xalis sayının 919 000 nəfər azalması deməkdir.
JAMA Network Open tibb jurnalında dərc edilən araşdırmaya əsasən, Los-Anceles yanğınları zamanı ölüm halları əvvəlki illərlə müqayisədə 7 faiz artıb. Ölüm səbəbləri arasında birbaşa ağciyər və ürək xəstəlikləri, həmçinin səhiyyə xidmətlərinin pozulması nəticəsində müalicənin gecikməsi – dializ və xərçəng kimi xəstəliklərə aid dolayı təsirlər yer alır.
İqlim dəyişikliyi səbəbindən Avropada həddindən artıq istilərdən ölümlər hər gün artır.