#aviaşirkət

"EasyJet"in səhmləri mümkün satınalma razılaşması ilə bağlı qeyri-müəyyənlik fonunda ucuzlaşıb. ABŞ investisiya şirkəti "Castlelake"in rəsmi təklif verməsi üçün son tarix iyulun 5-dir. "EasyJet" daha əvvəl 4,93 milyard funt sterlinqlik təklifi rədd edib. Bununla belə, şirkət daha yüksək təklif ümidi ilə investora məhdud məlumat təqdim edib. Analitiklər hesab edirlər ki, səhmlərin ucuzlaşması razılaşmanın baş tutmaya biləcəyi ehtimalı ilə bağlıdır. İnvestorlar son qərarı gözləyirlər. Satınalma prosesi bazarın diqqət mərkəzindədir.

BƏƏ-nin aviaşirkəti Emirates regional gərginliklərə baxmayaraq uçuş tutumunu azaltmayacağını açıqlayıb. Şirkət sərnişinləri müxtəlif istiqamətlərə daşımağa davam edir, əlavə yanacaq təmin edir və Almaniyada genişlənmə imkanlarını araşdırır. Tim Klark bildirib ki, geri çəkmək və reysləri azaltmaq planı yoxdur və əlavə xərclər şirkəti narahat etmir.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 18-24 avqust tarixlərini əhatə edən “Avropa Aviasiya Hesabatı”nı dərc edib. Hesabata əsasən, İstanbul Hava Limanı bu dövrdə gündəlik 1635 uçuşla Avropanın ən sıx hava limanları siyahısında liderliyi ələ keçirib. Hesabatda qeyd olunur ki, İstanbul Hava Limanını gündəlik 1450 uçuşla Amsterdam Hava Limanı, 1432 uçuşla Paris Şarl de Qoll Hava Limanı, 1384 uçuşla Frankfurt Hava Limanı və 1346 uçuşla London Hitrou Hava Limanı izləyib. Bu göstəricilər İstanbulun Avropa aviasiya bazarında mühüm mövqeyini bir daha təsdiqləyir.

Türkiyə ilə Çin arasında imzalanan mülki aviasiya anlaşması çərçivəsində iki ölkə arasında həftəlik reyslərin sayı 21-dən 49-a qaldırılıb. Bu qərarın ardından THY Pekin, Şanxay və Quançjou istiqamətlərində mövcud 21 reysə əlavə 10 uçuş tezliyi əlavə edəcək. THY baş direktoru Bilal Ekşi sosial media paylaşımında 26 oktyabr 2025-ci ildən etibarən yeni tezliklərin həyata keçiriləcəyini bildirib.

Lufthansa sərmayə qoymamaq qərarını rəsmən açıqlayıb. Bu addım ilə THY Air Europa səhmləri üçün yeganə ciddi potensial alıcı olaraq qalır. İspaniya və Latın Amerikası bazarlarında güclənmək istəyən türk aviaşirkəti üçün bu, böyük fürsət yaratmış olur. Əvvəl Fransa-Hollandiya müştərək müəssisəsi Air France-KLM də Air Europa payından imtina etmiş, Britaniyanın IAG qrupu isə tam ələ keçirmək üçün lazımi təsdiqi ala bilməmişdi. Air Europa-nın Latın Amerikada 19 istiqamətə uçuşları var və THY bu tərəfdaşlıqla həm Pireney yarımadasında, həm də Cənubi Amerikada mövqeyini gücləndirəcək.