#Edirnə

Türkiyədə ölkədən qaçmağa cəhd edən FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib, 5 nəfər həbs olunub. Vilayət Polis İdarəsinin Kəşfiyyat şöbəsi və Keşan Terrorla Mübarizə Bürosunun əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Edirnə–Keşan avtomobil yolunda iki nəqliyyat vasitəsi saxlanılıb.

Türkiyənin Ədirnə vilayətində ölkədən qaçmağa cəhd edən 4 FETÖ üzvü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbs edilib.Ədirnə İl Jandarma Komandanlığı qrupları tərəfindən aparılan əməliyyat nəticəsində FETÖ üzvləri olduğu müəyyən edilən S.S.Y., H.B., S.Y. və H.S.E. adlı şəxslər Uzunköprü rayonunun Balaban kəndində ölkədən qaçmağa hazırlaşarkən yaxalanıb. İstintaq prosesindən sonra şübhəlilər Uzunköprü Ədliyyəsinə sövq edilib və hakim qərarı ilə həbs olunub.

Türkiyə Səhiyyə Nazirliyinə bağlı Edirne Şəhər Səhiyyə İdarəsi tərəfindən Edirne Yıldırım Ailə Sağlamlıq Mərkəzi (ASM) və 112 Təcili Yardım Sağlamlıq Xidmətləri (ASHİ) binasının tikintisi üzrə tender elan edilib.