#Fransa Livanla bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib

Yaxın Şərqdə gərginliyin artması fonunda Fransa Livandakı vəziyyətin müzakirəsi üçün beynəlxalq diplomatik təşəbbüs irəli sürüb. Fransanın xarici işlər naziri Jan-Noel Barro Livanda sürətlə pisləşən təhlükəsizlik vəziyyəti ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etdiklərini açıqlayıb. Fransa hökuməti Livan xalqına yardım məqsədilə artıq bölgədə fəaliyyət göstərən humanitar təşkilatlara 6 milyon avro həcmində təcili maliyyə dəstəyi ayırıb.