#Donald Trampın Müctəba Xamenei barədə ilk açıqlaması

İkinci İran müharibəsi özünün üçüncü həftəsinə qədəm qoyur. Bu, ötən ilin iyun ayında baş tutan birinci müharibənin davam etdiyi günlərdən daha çoxdur. Fərq ondadır ki, bu dəfə müharibə hələ sonluğuna çatmayıb. Onun bitməsinin elan edilməsi isə qarşıdurma və meydan oxuma mövzusuna çevrilib: Müharibənin qısamüddətli olacağını və tezliklə bitəcəyini deyən ABŞ Prezidenti Donald Tramp, müharibənin sonunu məhz İranın müəyyən edəcəyini bildirən "İnqilab Keşikçiləri" və müharibənin hələ bitmədiyini deyən Binyamin Netanyahu arasında fikir ayrılığı var.

İranda yeni ali dini liderin müəyyənləşməsindən sonra ABŞ-dan ilk siyasi reaksiya gəlib. ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin seçilməsindən məmnun olmadığını açıqlayıb. Qeyd edək ki, Müctəba Xameneinin rəhbərliyə gətirilməsi ABŞ və İsrailin 28 fevralda İrana endirdiyi zərbələrdən və Ali Xameneinin həlak olmasından sonra baş verib. Beynəlxalq media qurumlarının yaydığı məlumata görə, Müctəba Xameneinin seçimi İran rəhbərliyində varislik məsələsini yenidən gündəmə gətirib. Məlumata əsasən, o, İranın güc strukturları, xüsusilə də İnqilab Keşikçiləri Korpusu ilə yaxın əlaqələri olan fiqur kimi dəyərləndirilir.