#Azərbaycan və Moldova iqtisadi tərəfdaşlığı gücləndirir

Moldova ilə investisiya imkanlarının araşdırılması, perspektivli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə görüşüb. Tərəflər iqtisadi-ticarət, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyini vurğulayıblar. Bildirilib ki, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.