#AZAL 7–10 mart tarixləri üçün Bakı–İğdır reyslərini elan etdi

“Azərbaycan Hava Yolları” QSC Bakı–İğdır–Bakı marşrutu üzrə 7–10 mart tarixlərini əhatə edən uçuş cədvəlinin (bütün saatlar yerli vaxtla qeyd edilib) hazırlandığını açıqlayıb. Aviaşirkətin yaydığı məlumata görə, bu marşrut Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün təşkil olunub.