#Tehranla əlaqə kəsildi: Həmas və İslami Cihad rəhbərliyi SEPAH-dan xəbər ala bilmir

İsrail və ABŞ-ın İranın hərbi və təhlükəsizlik rəhbərliyinə qarşı genişmiqyaslı əməliyyatları Tehranla bölgədəki müttəfiqləri arasında ciddi rabitə böhranına yol açıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Fələstin faylı üzrə məsul şəxsləri ilə "HƏMAS" və "İslami Cihad" rəhbərliyi arasında əlaqə tamamilə kəsilib.