#Qətər ordusu İranın iki Su-24 döyüş təyyarəsini vurduğunu açıqladı

Qətər Müdafiə Nazirliyi ölkə ərazisini hədəf alan hava hücumlarının uğurla dəf edildiyi və dövlət suverenliyinin qətiyyətlə qorunduğu barədə rəsmi bəyanat yayıb. Rəsmi açıqlamada qeyd olunan faktlara əsasən, Qətərin Hava Hücumundan Müdafiə (HHM) sistemləri ölkə istiqamətinə atılan 7 ballistik raketi uğurla vuraraq zərərsizləşdirib. Eyni zamanda, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin koordinasiyalı fəaliyyəti nəticəsində 5 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib.