İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə Baqirzadə bu gün ölüb. Məlumata görə, İranın Ali Liderinin həyat yoldaşı 28 fevralda ABŞ və İsrailin hərbi hava hücumları nəticəsində komaya düşmüşdü. Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.