#İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi

İranın 4 yüksək rütbəli hərbi rəsmisinin ölümü İran tərəfindən təsdiqlənib. Bu barədə İranın Müqəddəs Müdafiə və Müqavimət Dəyərlərinin Qorunması və Yayımı Müəssisəsi məlumat yayıb. Məlumata görə, İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.