#Tahran’daki saldırılarda üst düzey kayıplar

İsrailin Tehrana endirdiyi zərbələrin yüksək səviyyəli itkilərlə nəticələndiyi bildirilir. Reuters agentliyinə danışan üç mənbə İsrail hücumları nəticəsində İranın müdafiə naziri və İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının həlak olduğunu iddia edib. Məlumata görə, İsrail tərəfi hücumların bir sıra yüksək vəzifəli İran rəsmilərini hədəf aldığını düşünür. İsrail ordusu açıqlamasında paytaxt Tehranda siyasi və təhlükəsizlik strukturlarının yüksək rəhbərliyinin toplandığı bir neçə obyektə eyni vaxtda zərbələr endirildiyini bildirib.