#Ramazanda ən çox hansı qidalar alınır? Ərəb dünyasından maraqlı hesabat

Ramazan ayı gəlişi ilə ərəb ölkələrində istehlak vərdişləri kökündən dəyişir. İqtisadi çətinliklərə baxmayaraq, qida xərcləri ilin digər ayları ilə müqayisədə 25-50% artır. Dubay Ticarət və Sənaye Palatası və Misir Daxili Ticarətin İnkişafı Departamentinin məlumatlarına görə, təkcə Misirdə Ramazan ayında qida istehlakı təxminən 100 milyard funt sterlinqə (təxminən 2 milyard dollar) çatır. Bu, normal aylardakı istehlakdan iki dəfə çoxdur.