#keks bişir: Coşua və atasının Türkiyə arzusu

İngiltərədə qeyri-müsəlman bir atanın autizmli oğlu ilə başlatdığı məscid ziyarətləri qlobal səviyyədə nifrətə qarşı sülh və xeyirxahlıq kampaniyasına çevrilib. Kent şəhərində yaşayan Den Harris, ötən il ifrat sağçı bir şəxsin İslam dininə qarşı təhqiramiz ifadələrindən sonra müsəlman icmasına dəstək olmaq üçün 12 yaşlı oğlu Coşua ilə yerli məscidi ziyarət edib. Bir dəfəlik aksiya kimi başlayan bu addım, danışa bilməyən Coşuanın məscid mühitində sakitləşdiyini və sosyallaşdığını görən atanın bu səyahəti davam etdirməsi ilə böyük bir hərəkata çevrilib.