ABŞ Prezidenti Donald Tramp İranın nüvə ambisiyaları və regional davranışı ilə bağlı sərt mövqeyini bir daha bəyan edib. Omanın vasitəçiliyi ilə Cenevrədə keçirilən qeyri-birbaşa danışıqlar fonunda çıxış edən Tramp, "İranın nüvə silahına sahib olması qətiyyən mümkün deyil" deyərək Vaşinqtonun qırmızı xəttini çəkib.