ABŞ-ın nüfuzlu "The Wall Street Journal" (WSJ) qəzeti İsrailin yüksək rütbəli hərbi rəhbərliyinə istinadən xəbər verir ki, Təl-Əviv Livan cəbhəsində hərbi əməliyyatların intensivliyini artırmaq niyyətindədir. VOA xəbər verir ki, İsrail generallarının sözlərinə görə, ordunun qarşısında duran başlıca vəzifə "Hizbullah" qruplaşmasına bərpası mümkün olmayan zərbələr endirməkdir.
#Wall Street-in ən qüdrətli siması: Larri Fink kimdir?
Müasir kapitalizmin ən qüdrətli fiquru hesab olunan Larri Fink, idarə etdiyi nəhəng aktivlərlə qlobal iqtisadiyyatın və siyasətin gedişatını səssizcə müəyyən edir. Dünyanın ən böyük aktiv idarəetmə şirkəti olan "BlackRock"un qurucusu və baş icraçı direktoru Larri Fink, hazırda 12 trilyon dollardan çox vəsaitə nəzarət edərək ABŞ və Çin istisna olmaqla, demək olar ki, bütün dünya ölkələrindən daha zəngin bir güc mərkəzinə çevrilib. Uşaqlıqda səhradan topladığı ilanları satmaq istəyərkən FTB-nin diqqətini çəkən Fink, bu gün "Wall Street"dən Vaşinqtona qədər uzanan dəhlizlərdə ən nüfuzlu qərar verici hesab olunur. 1986-cı ildə "First Boston" bankında 100 milyon dollarlıq itki ilə üzləşərək karyerasında ciddi uğursuzluq yaşayan Fink, bu məğlubiyyəti risk menecmentinə əsaslanan "BlackRock" imperiyasının təməlinə çevirib.