#Türkiyə Moskva–Kiyev dialoqunun təşviqində fəal rol oynayacaq

Rusiya–Ukrayna müharibəsinin uzanması ilə bağlı Türkiyənin mövqeyi bir daha açıqlanıb. Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə bildirib ki, Ankara qarşıdurmanın ən qısa zamanda dayandırılmasını dəstəkləyir. Fuat Oktay bəyan edib ki, artıq beşinci ilinə qədəm qoyan müharibə təkcə tərəfləri deyil, bütövlükdə regionu ciddi şəkildə yorub və geniş siyasi-iqtisadi fəsadlara səbəb olub. Onun sözlərinə görə, davam edən hərbi əməliyyatlar nə regional sabitliyə, nə təhlükəsizliyə, nə də iqtisadi inkişafa xidmət edir.