#TBMM komitə sədri Bakıda dəhlizin əhəmiyyətindən danışdı

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, sözügedən təşəbbüs yalnız nəqliyyat xətti kimi deyil, eyni zamanda regionda sabitlik və iqtisadi inkişaf baxımından mühüm rol oynayacaq. Oktay hesab edir ki, layihə bölgədə davamlı sülhün formalaşmasına da töhfə verə bilər.