Livan İsrailin jurnalistləri hədəfə alması ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət etməyə hazırlaşır. Livanın İnformasiya naziri Pol Morkos bildirib ki, onun rəhbərlik etdiyi qurum Xarici İşlər Nazirliyi ilə birlikdə məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət hazırlayır. Nazir həmçinin jurnalistlərin beynəlxalq səviyyədə qorunmasının vacibliyini vurğulayaraq, bu sahədə mövcud təminatların zəiflədilməsinə qarşı xəbərdarlıq edib.
#BMT Təhlükəsizlik Şurası
1999-cu ilin 24 mart tarixində NATO qüvvələri Yuqoslaviya Federativ Respublikasına qarşı genişmiqyaslı hava əməliyyatlarına başlayıb.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İranın Körfəz ölkələri və İordaniyaya qarşı hücumlarını kəskin şəkildə pisləyən qətnamə qəbul edib. ABŞ, Fransa, Böyük Britaniya, Danimarka, Yunanıstan, Pakistan, Panama, Somali, Bəhreyn, Kolumbiya, Konqo Respublikası, Latviya və Liberiya sənədi dəstəkləyib. Çin və Rusiya isə səsvermədə bitərəf qalıb.
BMT Təhlükəsizlik Şurasının 2026-cı ilin yanvar ayı üçün iş planı açıqlanıb. Təhlükəsizlik Şurasının 2734 (2024) saylı, 10 iyun 2024-cü il tarixli qətnaməsinin 109-cu bəndinə əsasən, BMT-nin Baş katibi İŞİD və Əl-Qaidə ilə bağlı beynəlxalq təhlükələrə dair strateji səviyyəli hesabat təqdim etməlidir.
İran Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi hücumu qətiyyətlə pisləyərək, bu addımı ölkənin milli suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması, həmçinin regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirib.
"SpaceX" şirkətinin təsisçisi İlon Mask Somalinin BMT-dəki daimi nümayəndəsi Abukar Dahir Osmanın həbs olunmasına çağırıb. Bu barədə İ.Mask "X" sosial şəbəkəsində yazıb."Onu həbs edin", - deyə İ.Mask Osmanın əvvəllər ABŞ vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən və "Medicaid" proqramı ilə dələduzluqda təqsirli bilinən bir səhiyyə şirkətinə sahib olduğunu iddia edən paylaşım altında yazıb.
Tofiq Musayev BMT Baş katibinə məktub ünvanlayıb
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dekabrın 23-də İranın nüvə razılaşması - Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) icrasına dair vəziyyəti nəzərdən keçirmək məqsədilə iclas keçirəcək. Təhlükəsizlik Şurasının sözügedən iclası dekabrın 22–26 tarixləri arasında planlaşdırılan daha geniş sessiyalar silsiləsinin bir hissəsidir. Bu çərçivədə Şura Myanmada vəziyyət, Sudandakı böhran və regional təhlükəsizlik çağırışlarını da müzakirə edəcək.
İran lazım olduğu halda müxtəlif səviyyələrdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müdirləri ilə danışıqlar apara bilər. bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
21 sentyabr 2025-ci il tarixində “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda keçirilmiş III Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanıb.
Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündən sonra bir sıra əsas sənədlər imzalanıb.
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti Əhməd əş-Şəraaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib. Məlumata görə, o, bazar ertəsi günü Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək.