#Regionlarda məşğulluq və pambıqçılıq: Strateji görüşün təfərrüatları

Azərbaycanda pambıqçılıq sənayesinin inkişafına həsr edilmiş görüşdə bu sahədə çağırışlar və onların həlli ilə bağlı fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə "Azərbaycanda pambıqçılıq sənayesinin inkişafı" mövzusunda onlayn görüş keçirilib.