#Dünyanın ən böyük aviadaşıyıcısı Yaxın Şərq yolunda: Ford Souda bazasına çatdı

Dünyanın ən böyük hərbi gəmisi olan "USS Gerald R. Ford" aviadaşıyıcısı Krit adasındakı Souda körfəzi bazasına çatıb. Gəmi ABŞ-ın Yaxın Şərqdəki hərbi gücünü artırmaq məqsədilə bölgəyə göndərilən genişmiqyaslı donanmaya qoşulmağa hazırlaşır. Hazırda ABŞ-ın Yaxın Şərqdə 10-dan çox döyüş gəmisi, o cümədən "USS Abraham Lincoln" aviadaşıyıcısı, 9 esmines və 3 sahil döyüş gəmisi var. Regionda eyni vaxtda iki nəhəng aviadaşıyıcının olması nadir hadisə hesab olunur. Sonuncu dəfə ötən ilin iyun ayında, İsrail-İran müharibəsi zamanı ABŞ bölgədə iki aviadaşıyıcı yerləşdirərək İranın üç nüvə obyektini bombalamışdı.