Azərbaycanlılar arasında geniş yayılan ümumxalq bayramlarından biri də Ramazan bayramıdır. Bu ay ilin mübarək aylarından olub, insanların qəlbinə sevinc bəxş edir. Ayın əsas xüsusiyyəti ay boyunca oruc tutmaq, xeyir əməllərin sayını artırmaqdır. İslam dininə görə, oruc tutmaq müsəlmanların əməl etmələri vacib sayılan beş şərtdən ikincisidir. Orucluq hər il hicri-qəməri təqviminin 9-cu ayı olan Ramazan ayında 30 gün müddətində saxlanılır. Müsəlman dünyasında oruc tutma (əs-saum) hicrətin 2-ci ilində (624-cü ildə) tətbiq edilməyə başlanmışdır. Qurani-Kərim Allaha ibadətin bu şəklini inkişaf etdirərək orucu Quranın nazil edilməsinin və insanlara çatdırılmasının başlanması ilə əlaqələndirmiş və müsəlmanları oruc tutmağa çağırmışdır.
#Aytən Cəfərova
Təbiətin ölüb-dirilməsi, Boz ay mərhələsi və ilaxır çərşənbələrin mifoloji kökləri Azərbaycan folklorunda xüsusi yer tutur. Ekspert bildirib ki, xalq təsəvvüründə qış Böyük Çillə, Kiçik Çillə və Boz ay olmaqla üç mərhələyə bölünür və qədim inanclarda bu dövr təbiətin “ölməsi” kimi xarakterizə olunur. “Boz ay dönəmində ölmüş sayılan təbiət yenidən dirilir. Elə buna görə də Boz ay xalq arasında ‘ağlar-gülər ay’ adlandırılır. Bu mərhələ ilin sonuncu çərşənbələrinin cəmləşdiyi zamandır”, – deyə o vurğulayıb.