#2026 Dünya Çempionatı ərəfəsində Meksikada gərginlik

Meksikada kartel rəhbərinin hərbi əməliyyat zamanı öldürülməsindən sonra yaranan təhlükəsizlik böhranı səbəbindən bir sıra futbol oyunları təxirə salınıb. Keretaro – Xuares qarşılaşması ləğv edilib, həmçinin qadınlar liqasında prinsipial Çivas – Amerika oyunu da qeyri-müəyyən vaxta keçirilib. İkinci divizionda nəzərdə tutulan iki görüş də təhlükəsizlik səbəbilə baş tutmayıb.