#Trampdan son dəqiqə: Qlobal gömrük rüsumu 15 faizə yüksəldi!

ABŞ Prezidenti Donald Tramp, Yüksək Məhkəmənin əvvəlki gömrük tariflərini ləğv etməsindən cəmi bir gün sonra bütün dünya ölkələrinə tətbiq edilən qlobal gömrük rüsumunun dərəcəsini 15 faizə qaldırdığını elan edib. Tramp bu qərarı 1974-cü il Ticarət Qanununun 122-ci bölməsinə əsaslanaraq qəbul edib. Cümə günü imzalanan ilkin qərarda rüsumun 10 faiz olacağı bildirilsə də, şənbə günü Ağ Ev rəhbəri bu rəqəmi qanunla icazə verilən maksimum həddə — 15 faizə yüksəltdiyini bəyan edib.